ManşetÖlkə içi

Mülki şəxslər hərbçilərimizə yardım etdilər: “Bütün xalqın ümidi sizədir”- VİDEO

Hələ 44 günlük müharibə zamanı Azərbaycan xalqı Ordumuza bütün yardımları edərək, böyük bir tarix yazmaqla yanaşı, həm də olduqca xoş bir ənənənin əsasını qoydu. Həmin dönəmlərdə könüllü dəstələrin (buraya ictimai-siyasi xadimlər də daxil idi) təşkilatçılığı ilə əsgərlərimizə ehtiyac olan hər şey toplanaraq, göndərildi.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan xalqı hazırda da mümkün qədər hərbçilərimizə yardım edir və əlindən gələn köməkliyi əsirgəmir. Ötən günlərdə isə youtib kanallarının birində 44 günlük müharibədəki ənənənin davamı olan daha bir münasibətin görüntüləri yayılıb. Belə ki, bir neçə nəfər yol kənarında dayanaraq, Ermənistanla sərhəddə doğru hərəkət edən hərbçilərimizin maşınını saxlayaraq, onlara ərzaq, siqaret və digər zəruri mallar veriblər. Həmin görüntülərdən belə məlum olur ki, sadə vətəndaşlarımız əsgərlərimizin möhkəm olmalarını istəyir, Azərbaycan xalqının onların yanında olduğunu və özlərini qorumalarını bildirirlər.

Qeyd edək ki, bu görüntülərə rəy yazan insanlarımız “vallah, bu xalqdan yoxdur” deyə, həm yardım edənlərə, həm də hərbçilərimizə alqış ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button