Media

Parlamentdə İTV Yayım Şurasına namizədlər müzakirə edilir

Milli Məclisin Mədəniyyət komitəsinin iclası başlayıb.

Jamaz.info xəbər verir ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirə edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbovun (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavərin (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası isə Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) namizədliyini irəli sürüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button