Dünya
Rusiya və Çin yeni saziş üzərində işləyir
Rusiya və Çin turist qrupları üçün vizasız səfərlər haqqında yeni saziş hazırlayır.
Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Aleksey Klimov bildirib
“Bu, minimum qrup tərkibinin 5 nəfərdən 3 nəfərə endirilməsini, vizasız qalma müddətinin artırılmasını və elektron sənəd dövriyyəsinin tətbiqini nəzərdə tutur”, – o qeyd edib.
Klimov sazişin nə zaman imzalanacağı barədə məlumat verməyib.