Dünya

Zelenski hakimiyyətdən gedir? – ABŞ kəşfiyyatı açıqladı

“Washington Post” qəzeti məxfi sənədlərə istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin kəşfiyyatı öz hesabatında münaqişənin uzanacağı təqdirdə Ukraynada hakimiyyət dəyişikliyi riskini qeyd edib.

Jamaz.info-nun məlumatına görə, sənəddə deyilir ki, davam edən münaqişə Ukrayna vətəndaşlarının məyusluğuna səbəb olacaq və onlar müharibə üsullarını “tənqid” etməyə başlayacaqlar.

ABŞ kəşfiyyatının Ukraynadakı vəziyyətlə bağlı hesabatında deyilir ki, bu, “rəhbərliyin dəyişməsi ehtimalını artırır”.

Eyni zamanda kəşfiyyat 2023-cü il üçün ən çox ehtimal olunan ssenarini münaqişə tərəfləri üçün həlledici üstünlüyün olmaması və Ukraynada səfərbərliyin davam etməsi adlandırıb. Həmçinin hesabata görə, münaqişə 2024-cü ilə qədər davam edəcək.

Eyni zamanda, qəzet onu da qeyd edir ki, daxil olan sənəddə söhbətin Ukraynanın siyasi rəhbərliyindən, yoxsa hərbçi rəhbərlikdən getdiyi bəlli deyil.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button