Dünya

Ərdoğanın İstanbul planı nədir?

Ərdoğan İstanbul əhalisinin bir hissəsinin gələcəkdə köçürülməsinin planlaşdırıldığını açıqlayıb.

Jamaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal D”-yə müsahibəsində İstanbul əhalisinin bir hissəsinin, ilk növbədə zəlzələyə ən çox məruz qalan ərazilərin sakinlərinin gələcəkdə İstanbul kanalının sahillərində yaradılacaq “ehtiyat şəhərlər”ə köçürülməsi planı barədə məlumat verib.

Lakin o, planın icrası üçün konkret vaxt açıqlamayıb. Qeyd edək ki, Türkiyənin şəhərsalma naziri Murat Kurum daha əvvəl bildirib ki, Türkiyə hakimiyyəti İstanbulda seysmik olmayan evlərdə yerləşən təxminən bir milyon yarım mənzilin sakinlərini köçürməyi planlaşdırır.

İstanbulun müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlu şəhərin həddindən artıq sıxlığı ilə bağlı problemlərə işarə edərək, nazirliyin planlarını tənqid edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button