Cəmiyyət

Fəaliyyətini dayandıran partiyaların sayı 12-yə çatdı

Azərbaycanda daha bir partiya fəaliyyətinə son verib.
Jamaz.info xəbər verir ki, aprelin 12-də Yeni Yol Partiyası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, sözügedən partiyanın sədri Ramil Hüseynov idi. Yeni Yol Partiyası 2002-ci ildə qeydiyyata alınmışdı.
Beləliklə, Azərbaycanda fəaliyyətini dayandıran partiyaların sayı 12 oldu. Bundan əvvəl Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası və Azərbaycan Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button