ManşetÖlkə içi

Vardanyan Azərbaycan hərbçilərinə atəş açan terrorçulara pul mükafatı verib

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu martın 5-də Ermənistandan Qarabağa silah daşıyan karvanın qarşısını almaq üçün əməliyyat keçirmişdi. JAMAZ.İNFO xəbər verir ki, gizli yollarla silah daşıyan qrupun yerini müəyyən edən hərbçilərimiz onlara dayanmaq əmri versə də, düşmən atəş açmaqla cavab vermişdi.

Bildirək ki, həmin insident zamanı iki Azərbaycan əsgəri Şəhid olmuşdu. Separatçılar isə 3 terrorçu itirmişdilər.

Bu gün məlum olub ki, həmin vaxt Azərbaycan Ordusunun hərbçilərinə silah tuşlayan və həmin vaxt yaxın mövqelərdə yerləşmiş erməni quldurları müklafatlandırılıblar. JAMAZ.İNFO “Pastinfo” saytına istinadən xəbər verir ki, Qarabağdakı separatçıların nümayəndəsi, birvaxtlar özünü “dövlət naziri” olaraq təqdim edən Ruben Vardanyan Azərbaycan əsgərinə güllə atdığı üçün bir qrup erməni quldur dəstəsinin üzvlərinə pul mükafatı verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button