AraşdırmaManşet

Ermənilərin itkiləri 15 nəfərə çatıb: bu səhər döyüş meydanından 11 meyit çıxarıblar

Dünən Gorusun Dığ kəndi yaxınlığında baş vermiş erməni təxribatının bəzi detalları məlum olub. JAMAZ.İNFO erməni teleqram kanallarına istinadən xəbər verir ki, dünən baş verən döyüşlər zamanı Ermənistan ordusu 4 deyil, ümumilikdə 15 əsgərini itirib.

Həmin məlumata əsasən ermənilər dünən döyüş ərazisində itirdikləri əsgərlərin meyidlərini bu gün səhər saatlarına götürüblər. Belə ki, onlar Azərbaycanın razılığı əsasında döyüş meydanından 11 meyid çıxarıblar.

Bundan başqa, həmin döyüşlərə 3 hərbçimizin hansı şəraitdə Şəhid olması ilə bağlı da bəzi məlumatlar üzə çıxıb. Məlum olub ki, əraziyə gələn erməni hərbçiləri ilə əvvəlcə mübahisə yaranıb. Daha sonra isə mübahisə əlbəyaxa davaya çevrilib. Tərəflər arasında mübahisə yatdıqdan sonra erməni tərəfi qəfil minaatandan istifadə edib. Nəticədə, 3 hərbçimiz Şəhid olub. Bunun ardından isə döyüşlər başlayıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi dünən baş verən təxribat nəticəsində 4 hərbçisinin öldüyünü, 6-nın isə yaralandığını açıqlayıb. Yaralılar arasında korpus komandiri Gözəlyan da var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button