Ölkə içi

Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad olunub.

Jamaz.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib.

Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o nazirin vəzifələrini müvəqqəti icra edəcək.Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button