Ölkə içi

İlham Əliyev bu deputatları təltif etdi

Prezident İlham Əliyev Milli Məclisin üç deputatı ilə bağlı sərəncam imzalayıb.

Jamaz.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamları Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, bu il Cavanşir Paşazadə və Aqil Abbasın 70, Novruzəli Aslanovun 60 yaşı tamam olur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button