ManşetÖlkə içi

Yolu azmış Azərbaycan əsgərlərindən biri Ermənistanda saxlanılıb

Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qulluq edən iki hərbçimiz hava şəraitinin pis olması səbəbindən yoldan çıxaraq, azıblar.

JAMAZ.İNFO xəbər verir ki, nazirlik əsgərlərimizin axtarışını həyata keçirir. Ermənistan Müdafiə Nazirliyi isə bu gün səhər saatlarında Sisyan rayonu, Bnuns kəndi yaxınlığında bir Azərbaycan əsgərini həbs etdiklərini bəyan edib.

JAMAZ.İNFO sözügedən nazirliyə istinadən bildirir ki, hava şəraiti ilə əlaqədar yolu azmış əsgərlərimizin yerini həmin kənddə yaşayan Şuşanik Matevosyan polisə bildirib. Belə ki, erməni qadın iddia edib ki, hər iki hərbçi gecə onun qapısını döyüb və daha sonra gediblər. Erməni tərəfi digər Azərbaycan əsgərini axtardıqlarını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button