ManşetSosial

Lənkəranın icra başçısı işdən çıxmaqla bağlı ərizə yazıb

Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov ötən həftə Prezident Admnistrasiyasında olub. JAMAZ.İNFO-ya verilən məlumata görə, Qaraşovun Bakıya gəlişinin səbəbi həm səhhəti ilə bağlı problemlərdən dolayı həkim müyainəsindən keçmək, həm də işdən çıxmaqla bağlı ərizəsini təqdim etmək olub.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, icra başçısı bir neçə ildir ürəyindəki problemlərdən əziyyət çəkir. Hətta onun bir neçə il əvvəl ürəyinə stend qoyudurduğu da deyilir.

İşdən çıxmasının səbəbi kimi də səhhəti göstərilir. Ki, bunun inandırıcı olub, olmadığını dəqiq demək mümkün deyil. Ona görə ki, Taleh Qaraşov uzun müddətdir Lənkəranı idarə edir. Mütəmadi görüşlərə də qatılır. Rayonda keçirilən tədbirlərdə də iştirakdan yayınmır.

Güman ki, Taleh Qaraşovun işdən çıxma istəyi başqa səbəblərlə bağlıdır. Həmin səbəblərin konkret olaraq nədən ibarət oldğunu hələlik məlum deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button