Dünya

Rusiya Türkiyədəki seçkilərdə kimi dəstəkləyir?

Rusiya Federasiyasının xarici işlər naziri Moskvanın Türkiyədə keçiriləcək ümumi seçkilərlə bağlı mövqeyini şərh edib. O, bildirib ki, Rusiya Türkiyədə keçirilən prezident və parlament seçkilərinə müdaxilə etmir.

Jamaz.info xəbər verir ki, bu barədə “Ria novosti” məlumat yayıb.

Ankarada keçirilən brifinqdə jurnalistlər nazirdən seçkilərin gedişini necə qiymətləndirdiyini və Rusiyanın Türkiyədə hansı siyasi qüvvəyə dəstək verdiyini soruşublar.

Cavab olaraq “Rusiya Federasiyası heç vaxt daxili işlərə, hətta seçki kampaniyaları ərəfəsində konkret ölkədə gedən müzakirələrə qarışmır. Biz həmişə demokratik prosedurlar həyata keçirən ölkələrin qanunvericiliyinə hörmətlə yanaşırıq. Bu, hər birinin suveren məsələsidir”, – Lavrov bildirib.

O əlavə edib ki, ABŞ müxtəlif ölkələrə seçiklərlə bağlı nə etməli olduqlarını açıq şəkildə söyləyir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button