GündəmManşet

Milli Məclis İranla bağlı bəyanat yaydı

Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayıb.

Jamaz.info xəbər verir ki, spiker Sahibə Qafarova İran parlamentinin bəyanatına cavab olaraq komissiyanın yaradılmasını təklif edib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli seçilib.

Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub. Bəyanatı deputat Kamran Bayramov səsləndirib.

Bəyanatda deyilir: “Azərbaycan Milli Məclisi İran parlamentinin bu bəyanatını Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qəbul edir. Bu, İran tərəfindən atılmış növbəti təxribat xarakterli addımdır. İran Silahlı Qüvvələrinin sərhəddə təlim keçməsi, Tehranda səfirliyimizə hücum, Qafanda konsulluğun açılması və s. göstərir ki, İranın niyyəti fərqlidir. Bu kimi addımlar ciddi narahatlıq doğurur.

İranın İsraildə səfirliyimizin açılmasına qarşı əsassız iddiaları qəbul edilməzdir. Qeyd edilməlidir ki, İsraildə Türkiyə, Misir, Albaniya, İordaniya kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İrandan ölkəmizi hədəf alan iddialardan çəkinməyi tələb edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button