Dünya

Ermənistanın adı siyahıdan çıxarılsa da, ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

Dünən Pentaqonun saytında “Defender 2023” təlimi ilə bağlı informasiyada Ermənistan da iştirakçı ölkələr siyahısına salınıb. Lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi dəyişiklik edib və Ermənistan iştirakçılar siyahısından çıxarılıb.

Jamaz.info xəbər verir ki, “Armenpress” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib.

Torosyan “Ermənistan Silahlı Qüvvələri bu təlimlərdə iştirak edəcəkmi?” sualını belə cavablandırıb: “Bu il Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: Bunlar KFOR (Kosova Qüvvələri) və “Saber Junction” təlimləridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button