Dünya

Ukrayna müharibəsi bu yay bitəcək – ABŞ kəşfiyyatçısı

Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumundan sonra Ukraynadakı münaqişə 2023-cü ilin yayında başa çatacaq.

Jamaz.info xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdçü kəşfiyyatçısı Skot Ritter “ThisDayPedia” YouTube kanalına müsahibəsində bildirib.

Ritter Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyəti səbəbindən xüsusi hərbi əməliyyatın daha tez başa çatacağını etiraf edib. Keçmiş kəşfiyyatçı hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin böyük itkiləri cəbhədəki vəziyyətə ciddi təsir göstərəcək və bu, Ukrayna tərəfinin məğlubiyyətinə səbəb olacaq.

Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib ki, Ukraynanın Rusiya ilə hərbi münaqişədə qalib gəlmək şansı azdır. O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 200 minlik qrupu ilə mübarizə aparmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button