Dünya

Ukrayna Rusiya ilə Krımla bağlı bu halda danışıqlara başlaya bilər – Rəsmi

Ukrayna ordusu yarımadanın inzibati sərhədlərinə çatdığı bir şəraitdə Ukrayna Krımın statusu ilə bağlı Rusiya ilə danışıqlar apara bilər.
Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa Financial Times qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “döyüş meydanında strateji məqsədlərə nail ola və Krımla inzibati sərhədə çata bilsə”, Ukrayna hakimiyyəti “bu məsələni müzakirə etmək üçün diplomatik səhifə açmağa hazır olacaq”.
Eyni zamanda Sibiqa qeyd edib ki, Kiyev Krımın ərazi mənsubiyyəti ilə bağlı “məsələnin hərbi yolla həlli”nin mümkünlüyünü qəbul edir. Onun sözlərinə görə, prezident Vladimir Zelenski və ətrafının bu yaxınlarda Krımla bağlı müzakirəsi Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan hücumu ilə bağlıdır.
Xatırladaq ki, Rusiya Krımı 9 il əvvəl, 2014-cü ilin yazında referendumun nəticələrinə əsasən ilhaq edib. Ukraynada, ABŞ-da, Çində və dünyanın əksər ölkələrində səsvermənin nəticələri tanınmayıb. Prezident Vladimir Putin yarımadanın ərazi mənsubiyyəti məsələsini müzakirəyə qapalı adlandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button