Siyasət

İran parlamentindən Azərbaycana təhdid

İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib.

Jamaz.info xəbər verir ki, bəyanatda Azərbaycanla bağlı təhdid dolu fikirlər yer alıb.

Qeyd olunub ki, Azərbaycan İsraildə səfirlik açması səbəbindən “mənfi siyasi nəticələr”lə üzləşəcək.

İranlı deputatlar bildirib ki, Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərməli və “lazımi diplomatik tədbirlər” görməlidir.

Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button