Ölkə içi

İnam Kərimov özü haqqında şikayətə baxacaq

“İnam Kərimov nazir olandan sonra qapalı quruma çevrilən Kənd Təsərrüfatı Nazirliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri kimi 10-dan çox sorğu göndərmişəm. Bəzilərinə ümumiyyətlə cavab verməyiblər, bəzilərini isə, keflərinin xoş dəminə düşüb, cavablandırıblar. Amma başdansovdu, necə gəldi…”
Jamaz.info Bakupost.az-a istinadən xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul sosial şəbəkədə bildirib.
O qeyd edib ki, nazirlik 2021-ci ilin yanvarında göndərdiyi sorğuya cavab verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət edib:
“Qərara gəldim ki, “İnam müəllimin kontorunu” məhkəməyə verim. Təbii ki, aşağı instansiya məhkəmələri (Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) iddiamı təmin etmədi, mən də üz tutdum Ali Məhkəməyə. “Ölkənin nüfuzunu qorumaq”da iddialı olan Ali Məhkəmə isə İnsan hüquqları üzrə Avropa Məhkəməsinə getməməsi üçün işi 12 oktyabr 2022-ci ildə yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytardı. Bu arada Ali Məhkəmənin 13 səhifəlik qərarını oxuyub başa düşənə eşq olsun. Necə deyərlər, “bir çəkic nala, bir çəkic mıxa”. Qəradan belə çıxır ki, iddiamın təmin olunmamasında ikimiz də günahkarıq, mən də, Apellyasiya Məhkəməsi də”.
Q.Toğrul bildirib ki, Bakı Apellyasiya Məhkəməsi işə mayın 11-də baxacaq:
“İndi Apellyasiya Məhkəməsi iddiamı təmin etməsə, mən də acığa düşüb yenidən Ali Məhkəməyə müraciət etsəm, belə çıxır ki, kənd təsərrüfatı naziri İnam Kərimovdan olan şikayətimə Ali Məhkəmənin sədri İnam Kərimov baxacaq. Şair belə yerdə deyib:
Balaları gülə-gülə yatırdıb,
Ağlayıram, yatmıram ki, gecələr”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button