AraşdırmaManşet

Erməni eskpertlər: “İran-Azərbaycan müharibəsinə Ermənistan mütləq qoşulmalıdır”

İranın davamlı olaraq Azərbaycanı hədələməsi, həmçinin müharibə ritorikası ilə danışması iki ölkə arasında müharibənin olma ehtimallarını gündəmə gətirib. JAMAZ.İNFO bildirir ki, İranın Naxçıvan və Zəngəzur istiqamətlərində böyük ordu hissələri yerləşdirməsi də bu ehtimallar üzərində düşünənlərin sayını artırıb.

Qeyd edək ki, hal hazırda iki ölkə arasında münasibətlər gərgindir. İran və Azərbaycan davamlı olaraq bir-birilərinə nota verirlər. Bundan başqa, Bakıda deputat Fazil Mustafanın güllələnməsi, hadisəni törədənlərin İrana bağlı olan şəxslər olması da durumu daha da ağırlaşdırıb.

Bunun fonunda İran ekspertləri sərhəddə ordu yerləşdirilməsi məsələsini müharibə ilə yekunlaşacağını inkar edirlər. Onlar təsdiq edirlər ki, İranın Ermənistanla sərhəddə hərbi mövcudluğu var. Lakin bunun Azərbaycanın mümkün “təcavüzünün” qarşısını almaq üçün olduğunu iddia edirlər. Yəni, guya, Azərbaycan Ermənistan ərazisinə daxil olaraq, Zəngəzur dəhlizini açmağa hazırlaşır və İran da bunun qarşısını almaq üçün sərhəddə qoşun yerləşdirib.

Təbii ki, Azərbaycan tərəfi də məsələyə birmənalı yanaşmır. Bu günlərdə deputat Siyavuş Novruzov yerli mediaya açıqlama verərək, bildirib ki, əgər İran Azərbaycana hücum edərsə, onlara lazım olan cavabı verəcəklər. Deputat onu da deyib ki, İran Azərbaycan Ordusunun gücünü qiymətləndirməlidir.

Ermənilər isə böyük həvəslə iki ölkə arasında müharibənin olacağını düşünürlər. JAMAZ.İNFO xəbər verir ki, bir çox erməni ekspertlər müharibə başlayarsa, Ermənistanın da dərhal prosesə qoşulmasını təklif edirlər. “Əgər Azərbaycanla İranın arasında müharibə başlayarsa, Ermənistan mütləq prosesə qoşulmalıdır. Ona görə ki, Ermənistan bununla Azərbaycanla bağlı olan problemlərini həll etmiş olacaq və Azərbaycanı susdura biləcək”.

Bildirək ki, ermənilər hər zaman leş yeyən qarğa kimi, fürsət güdüblər. Azərbaycanda azca vəziyyət dəyişən kimi, tez özlərinin təxribatlarını həyata keçirməyə başlayıblar. İranın Azərbaycana hərbi müdaxilə edəcəyinə gəlincə isə bu real görünmür. Çünki İran hozu və bütün beynəlxalq qanunları tanımayan ölkə olsa da, oradakı molla hakimiyyəti belə bir riski gözə alacaq qədər axmaq hesab olunmur. Ona görə ki, İranın Azərbaycana müdaxiləsi Qafqazı tamamilə itirməsi, habelə ideoloji və siyasi nüfuzundan birdəfəlik məhrum olması deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button