Dünya

Spikeri istefaya göndərin! – Ter-Petrosyandan Paşinyana tövsiyə

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı hakimiyyətə spiker Alen Simonyanın istefası prosesinə başlamağı tövsiyə edib.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, parlament sədri ilə bağlı insidenti “iyrənc” adlandırıb.

“Onun davranışı dövlətin reputasiyasına böyük zərbə vurdu ki, bunu yalnız Simonyanın vəzifədən uzaqlaşdırılması bahasına aradan qaldırmaq olar”, – eks-prezident vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl müxalifət deputatları iddia etmişdi ki, spiker repatriant, Kanada vətəndaşı olan Karen Mkrtçyan onu satqın adlandırdığı üçün üzünə tüpürüb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button