Dünya

Tramp 33 maddə ilə ittiham olunacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı məhkəmədə 33 maddə ilə ittiham olunacağını bildirib.

Jamaz.info xəbər verir ki, bu barədə D.Tramp özünün “Truth Social” sosial mediasındakı hesabında bildirib.

O, qeyd edib ki, müvafiq məlumat işə rəhbərlik edən prokuror Elvin Breqqin hərəkətləri nəticəsində ictimailəşib.

“Dairə prokuroru Elvin Breqq ittihamın 33 maddəsi barədə məlumatın sızmasına yol verib. Onun açıqladığı məlumatlarda heç bir sürpriz və ya dəyişiklik yoxdur”, -deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button