Dünya
Yaponiya Rusiya neftini “tavan” qiymətindən baha alır
Yaponiya Rusiya neftini bir barel üçün 60 dollardan yuxarı qiymətlərlə almağa başlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Bildirilir ki, Yaponiyanın mədən yanacaqları üçün Rusiya neftinə ehtiyacı var bu, Tokionu Rusiya ilə müharibədə Ukraynaya dərin dəstək verməkdən çəkindirir.
“Qərbin sanksiyalarından sonra bir çox Avropa ölkələri Ukraynanın işğalına cavab olaraq Rusiya neftindən imtina ediblər. Lakin Yaponiya son bir ildə Rusiyadan təbii qaz alışını artırıb”.
Yaponiya Ukraynanı öldürücü silahlarla təmin etməyən yeganə G7 ölkəsidir və baş nazir Fumio Kişida Rusiyanın işğalından sonra Ukraynaya səfər edən sonuncu G7 lideri olub.