Ölkə içi

İdmançılarımızın Ermənistana getməsi ilə bağlı rəsmi – Açıqlama

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan Modern.az-a bildirilib ki, yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button