ManşetSosial

Salyanda 4 nəfər 13 yaşlı qızı zorladılar- DƏHŞƏT  

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva sosial şəbəkələrdə məlumat yayıb.

O iddia edib ki, bununla əlaqədar 5 nəfər saxlanılıb. Onlardan biri sərbəst buraxılıb. Digər 4 nəfərin isə azadlığa buraxılması üçün zorlanan qızın “dəli” olması barədə hüquqi zəmin yaratmağa çalışırlar.

Həmin məlumatda deyilir ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev isə bildirib ki, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Digər bir nəfər isə şahid qismində dəvət edilib, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button