Dünya

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə növbəti dəfə zəlzələ olub.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat verilib.

Zəlzələ Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb. Rixter şkalası ilə 5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10.5 kilometr dərinliyində yerləşib.

İtki və ya dağıntılarla bağlı məlumat verilməyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 17 674 nəfər həyatını itirib, 72 879 nəfər isə yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button