Dünya
ABŞ İrana qarşı yeni sanksiya tətbiq etdi
ABŞ İranın neft-kimya fəaliyyəti göstərən 6 şirkətinə sanksiya tətbiq edib.
Jamaz.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi müxtəlif yurisdiksiyalarda yüz milyonlarla dollar dəyərində İran neftinin istehsalı, satışı və Asiyada alıcılara daşınmasında mühüm rol oynayan 9 quruma qarşı sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar siyahısına 6 İran şirkəti, Malayziya və Sinqapurda yerləşən 3 firma daxildir.
Sanksiyaya məruz qalan şirkətlər arasında İranın ən böyük polietilen istehsalçısı Amir Kabir Petrochemical Company də var.