Dünya

Hansı dünya brendləri Türkiyəyə dəstək vermədi?

Fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı dünyanın müxtəlif yerlərindən Türkiyəyə yardımlar davam edir, lakin bəzi dünya brendlərinin təbii fəlakətdən zərər çəkən insanlara yardım etmədiyi diqqətdən yayınmayıb.

Jamaz.info-nun məlumatına görə, bir sıra dünya brendləri Türkiyəyə heç bir yardım etməyiblər.

Onların sırasına Türkiyə seriallarının da yayımlandığı  “Netflix”, yüzlərlə şöbələri olan “Sturbacks”, “Spotify”, “Redd Bull”, “Hennes & Mauritz”, həmçinin “Samsung Türkiye”, “Disney +” və digər şirkətlər də var.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button