CəmiyyətUncategorized

Ağciyər Xəstəlikləri İnstitutu ailə müəssisəsinə çevrilib – İnstitut direktorunun vəzifəyə gətirdiyi qohumlarının ADLARI

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ailə müəssisinə çevrilib. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova qısa müddətdə qohum-əqrabasını vəzifələrə təyin edib.

İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları deyirlər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ya digər qurumlar institutda ən səthi yoxlama aparsalar İradə Axundovanın başına topladığı qohum-əqrabası ilə birgə ciddi yeyintilərə yol verdikləri üzə çıxar. İnstitutun laboratoriyası, reanimasiyası, rentgen, KT və digər şöbələri başdan-başa yeyinti içində “üzür”.

Məsələn, institutun lobaratoriyasının şöbə müdiri Qəmər Əhmədzadə, ümumi şöbənin müdiri Atif, Statistika şöbəsinin müdiri xalası qızı Afaq, şöbə müdiri Atəş İradə Axundovanın yaxın qohumlarıdır. İradə Axundova qohumlarını yüksək vəzifəyə təyin etməklə onlara 2-3 min manat civarında maaş verilməsini təmin edib, həm də institutda ailə podratı yaradıb. Kimsə ağzını açıb etiraz etsə, İradə Axundova qohum-əqrabası və onların tabeliyində işçilərin əli ilə gözümçıxdıya salınır. İnstitut bu gün qapalı bazarı xatırladır. Bir ailənin üzvləri dövlətdən yüksək maaş alıb işçilərin başına oyun açırlar.

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər. Belə hal olarsa, vəzifəli şəxs mütləq bu haqda məlumat verməli və həmin şəxslərin başqa işə keçirilməsi prosesi təmin olunmalıdır!

Bu gün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bərqərar olan ailə müəssisəsi işçiləri də, xəstələr də narazı salır. İradə Axundova isə hər ötən gün “Korrupsiyaya qarşı Mübarizə haqqında” Qanunu pozur, qohum-əqrabasının hesabına varidatını genişləndirməkdədir. Vərəm xəstəliyin müalicəsi üçün instituta üz tutanlar hər gün orada növbələrdə gün keçirməli olurlar. Sual olunur: vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button