“Ermənistanın bütün hakimiyyət orqanları danışıqlar masası arxasında razılaşdılar ki, Qarabağın statusunun tanınması müqabilində Qarabağa bitişik yeddi rayonun qaytarmağa hazırdırlar. Bu mənada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın siyasətinə zidd açıqlama verməyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
O bildirib ki, burada söhbət Lavrovun danışmadığı yeddi rayonun qaytarılması şərtindən gedir. “Və Lavrovun Ermənistanın Almatı müqaviləsinə əsasən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı iddiası yanlışdır. Lavrovun orada dedikləri reallıqla ziddiyyət təşkil edir. Çünki parlament həmin müqaviləni ratifikasiya edəndə Ermənistan xüsusi rəy verdi ki, o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımır”.
Danielyanın fikrincə, Lavrovun Qarabağla bağlı vəziyyəti acınacaqlı şəkildə təqdim etmək cəhdi özünə haqq qazandırmaq məqsədi daşıyır. “Yeddi rayonu vurğulamaqla, məncə, Lavrov Rusiyaya haqq qazandırmağa çalışır. Axı, Ermənistan Rusiyanı müttəfiq kimi ittiham edir. O, müharibə zamanı və sonra Azərbaycan Ermənistanın ərazisinə daxil olanda ona kömək etməyib. Digər tərəfdən, hətta Ermənistan hökuməti də Azərbaycanın Qarabağın ərazilərini işğal etdiyindən danışmır. Baş nazir Milli Assambleyada 29,8 min kv.km ərazinin sahibi olduğunu bəyan edir. Və Qarabağı Azərbaycan ərazisi hesab edir. O zaman xarici oyunçulardan niyə inciyirik ki?”
Erməni politoloq hesab edir ki, Ermənistanın Qarabağ məsələsində qəbul etdiyi yanlış siyasətin əsası 1994-cü ildə, bölgənin “müstəqilliyi”ni tanınmadığı vaxt qoyulub. “Ermənistan 1994-cü ildə Qarabağın müstəqilliyini tanımalı idi. Hətta atəşkəsdən əvvəl bu addımı atnalıydı. Çünki Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı. Bu edilmədi və bu, o zamankı hakimiyyətin ən böyük səhvi idi”.
Lakin Danelyan bununla da kifayətlənməyib. O deyib ki, Azərbaycanın 7 rayonunu geri qaytarmaq da mümkündür. “Əgər düzgün diplomatiya aparılsa və ordu modernləşdirilsə, 7 rayonu geri qaytarmaq mümkündür”.
P.S. Yenə qızışıblar, yenə ağız deyəni, qulaqları eşitmir. Nə müharibədən, nə minlərlə gənclərinin ölümündən nəticə çıxarmaq fikrində də deyirlər. Kor tutduğunu buraxmadığı kimi, ermənilər də “Qarabağ”, “7 rayon” deyib, durublar. Bu bədbəxtlərə başa salmaq lazımdır ki, bu sərsəm, sarsaq fikirləri yadınızdan çıxarın. Hər dəfə bir ölkənin ərazisinə iddia edib, qırılmaqdan çəkinin. Ermənistan olaraq, gələcəyinizə baxın. Normal bir dövlət olun və qonşularınızla da normal münasibətlər qurun. Bu düşmənçiliyin sonu olmadıqca, erməni xalqı daha bərbəxt gündə yaşayacaq.
Birdə ki, ermənilər nələrinə güvənib, Azərbaycanla müharibə etmək fikrinə düşüblər? Lap deyək ki, ordu qurdular, silahlandılar, sonra? Hansı resursla Azərbaycanla müharibə aparacaqlar?