Jurnalist Cəmil Məmmədli saxlanılıb.
Jamaz.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
Bildirilib ki, Məmmədli Cəmil Qiyas oğlu başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.