Dünya

Rusiya və Ukrayna arasında atəşkəsin anonsu verildi

2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.

Jamaz.info xəbər verir ki, bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.

“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, – deyə general vurğulayıb.

Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil.

“Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, – deyə Hans-Lotar Domrez qeyd edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button