GündəmManşet

Bir qrup Xankəndi sakini Azərbaycan tərəfi ilə görüşmək üçün müraciət edib

Bu gün səhər saatlarında Qarabağda yaşayan bir qrup erməni sakin bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları vasitəsi ilə Azərbaycan tərəfinə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni teleqran kanalları məlumat yayıb.

Həmin məlumata görə, ermənilər Azərbaycan rəsmiləri ilə görüşmək fikrində olduqlarını bildiriblər. Onların mülki şəxs olduğu, problemlərini həll etmək üçün müraciət etdikləri bildirilir.

Rrus hərbçilərin həmin müraciəti Azərbaycan tərəfinə çatıdırıb, çatdırmadıqları barədə hər hansı məlumat yoxdur. Bundan başqa, Azərbaycan tərəfi də belə bir müraciətlə bağlı açıqlama yaymayıb.

Qeyd edək ki, indiyə qədər Qarabağda yaşayan mülki ermənilərlə Azərbaycan tərəfi arasında bir neçə dəfə danışıqların olması barədə məlumatlar çoxdan var. Hələ müharibə başa çatdırqdan sonra dəfələrlə erməni ailələri Azərbaycan nümayəndələri ilə görüşmək üçün cəhdlər ediblər. Həmin görüşlərin bəzilərinin baş tutduğu, bəzilərinin isə alınmadığı da vurğulanır. Onu da bildirək ki, dövlət başçısı da bir neçə dəfə çıxışlarında deyib ki, Qarabağda yaşayan ermənilərdən müsbət siqnallar alırlar.

Görünür, son 22 gündə üzləşdikləri problemlərdən dolayı mülki ermənilər artıq çıxış yolu görmədikləri üçün Azərbaycan rəsmilərinə üz tutublar. Onlar anlamağa başlayıblar ki, başqa şəkildə Qarabağda yaşamaq imkanları yoxdur və yeganə çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul edib, bizim himayəmizdə yaşamaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button