İqtisadiyyat

Türkiyə ixracatında rekord – 254,2 milyard dollar…

Ötən il Türkiyənin rekord qıran ixracatı 254,2 milyard dollar təşkil edib.
Jamaz.info HaberTürk-ə istinadən xəbər verir ki, bu məlumat İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı toplantıda açıqlanıb.
Qlobal bazarlardakı yavaşlama və paritetin mənfi təsirinə baxmayaraq, Türkiyə ixracatı ötən il 2021-ci ilə nisbətən 12,9% artaraq, 254,2 milyard dollara çatıb.
Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri Mustafa Gültəpə bildirib ki, Türkiyənin ixracda ən çox artım əldə etdiyi ölkələr Rusiya, İraq, ABŞ, Almaniya və Rumıniya olub:
“162 ölkəyə ixracımızı artırarkən, 108 ölkədə ixrac rekordu qırdıq. 1 milyard dollardan çox ixrac etdiyimiz ölkələrin sayını 52-yə çatdırdıq. 16 sektorumuz ixrac rekordu qırdığı halda, 23 sektorumuzun ixracı 1 milyard dollar həddini keçdi. İxrac ailəmizə 21 min 501 şirkəti əlavə etdik. Bu şirkətlərlə 3 milyard 700 milyon dollarlıq ixraca nail olduq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button