Dünya

Rusiya 3-4 aya hücum edə bilər, Kreml 70 min hərbçinin ölümünə hazırdır

Yaxın dörd-beş ay ərzində Rusiya Federasiyası şimaldan və ya şərqdən hücuma keçə bilər və 70.000-ə qədər hərbçisini itirməyə hazırdır.
Jamaz.info “RBK-Ukrayna”ya istinadən məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak bildirib ki, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmır və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar.
“Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, yaxın 4-5 ay ərzində Rusiya ordusu daha 70 min nəfər itirə bilər. İşğalçı ölkənin rəhbərliyi isə belə itkilərə hazırdır”, – o deyib.
Çernyak həmçinin əmindir ki, ruslar müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizini saxlamağa və bütün Donetsk vilayətini tutmağa çalışacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button