Dünya

Putin Stalinin səhvlərini təkrarlayır

Finlandiya prezidenti Sauli Niinisto yeni il nitqində Qərbin Ukraynaya güclü dəstəyinin bu il də davam edəcəyini qeyd edib.

Jamaz.info xəbər verir ki, Niinisto Rusiyanın Ukraynaya hücumu ilə Finlandiyadakı Qış Müharibəsi arasında oxşarlıq görür.

“Həm Rusiya, həm də Sovet İttifaqı Ukrayna və Finlandiyanı tez bir zamanda diz çökdürəcəklərinə inanmaqda kobud səhv etdilər”, – deyə o bildirib.

“Avtoritar ölkənin liderləri Stalin və Putin əhəmiyyətli bir amili nəzərə almadılar. Azad bir ölkədə insanların iradəsi və inancları var. Və birlikdə hərəkət edən bir xalqın böyük bir güc olduğunu unutdular” – Niinisto deyib

Dövlət başçısının sözlərinə görə, Rusiyanın ikinci yanlış hesablaması ondan ibarət idi ki, o, Qərbin Ukraynaya simpatiyasının zəifləyəcəyini düşünürdü.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button