Dünya

Avropa Komissiyası Ukraynaya yenə yardım ayırdı

Avropa Komissiyası Rusiya təcavüzü zamanı dağıdılmış Ukrayna məktəblərinin yenidən qurulmasına 100 milyon avro sərmayə qoyur.

Jamaz.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen tviter səhifəsində yazıb.

“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəblərin yenidən qurulmasına 100 milyon avro sərmayə qoyuruq. Uşaqların məktəbə daha təhlükəsiz gəlib-getməsi üçün məktəb avtobusları göndəririk. Biz noutbukları toplayıb çatdırırıq ki, tələbələr təhsillərini davam etdirə bilsinlər”, – Ursula fon der Leyen bildirib.

Avropa Komissiyasının məlumatına görə, Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynada 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zədələnib, 5,7 milyondan çox ukraynalı uşaq təhsildən yayınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button