Dünya

Paşinyan Rusiyanı yenə ittiham etdi: Onların bu hərəkəti…

“Hadisələrin inkişafı Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı təcili cavab tələb edən suallar doğurur”.

Jamaz.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Səmimi şəkildə deməliyəm ki, Ermənistan Qarabağda Rusiya sülhməramlılarının mövcudluğunun qəti tərəfdarıdır, lakin Rusiya sülhməramlı kontingentinin ermənilərin Qarabağdan “didərgin” düşməsinin səssiz şahidi olması, bizim üçün qəbuledilməzdir. Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün bu məsələlərin aydınlaşdırılması məqsədilə Rusiya və digər beynəlxalq tərəfdaşlarla işləmək lazımdır”, – Paşinyan bildirib.

O, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası prosesini başa çatdırmağa və regional kommunikasiyaları açmağa “hazır olduğunu” deyib.

Qeyd edək ki, rəsmi Bakı sülh sazişi ilə bağlı İrəvana 5 bəndlik təklif irəli sürüb. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Paşinyanın bu açıqlaması isə sülhü istəmədiyini göstərir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button