GündəmManşet

Xankəndidə separatçılar arasında dava: “deputat”la “partiya sədri” əlbəyaxa oldular

Bu gün səhər saatlarında Xankəndinin mərkəzində separatçılar arasında dava düşüb. JAMAZ.İNFO xəbər verir ki, hadisəyə səbəb “Qarabağın sabahı” adlı qondarma partiyanın rəhbəri Tiqran Petrosyanın qondarma “parlament”in üzvlərini aksiyaya çağırması və onlardan Xocalıya gedərək, oradakı rus sülhməramlılarının qərargahını mühasirəyə almasını tələb etməsi olub.

“Hraparak” qəzetinin yaydığı xəbərə görə, Petrosyan və başının dəstəsi tələblərini irəli sürdükdən sonra “deputat”larla aralarında mübahisə yaranıb. Belə ki, separatçıların nümayəndələri Petrosyandan ərazini tərk etməsini tələb ediblər. Tovmasyan familiyalı “deputat”la Petrosyan arasında əvvəlcə söz mübahisəsi başlayıb. Tərəflər bir-birilərini satqınlıqda, xəyanətdə ittiham ediblər. Daha sonra isə Tovmasyanla Petrosyan bir birilərinə hücum ediblər. Orada olan şəxslərin köməkliyi ilə hadisənin böyük davaya çevrilməsinə imkan verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button