Ermənilərin Xankəndidə keçirdiyi mitinqə cavab vermək, Naxçıvanda mitinq keçirmək lazımdır. JAMAZ.İNFO xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
T.Zülfüqarov deyib ki, bu gün Laçın yolu humanitar məqsədlər üçün açıq olduğu halda, ermənilər Xankəndidə blokadaya alındıqları barədə dünyaya saxta mesaj verirlər. “Halbuki, əsl blokadada saxlanılan ərazi Naxçıvandır və Azərbaycan bu həqiqəti dünyaya çatdırmalıdır”.