Dünya

“İran olmadan regional problemləri həll etmək mümkün deyil”

“İran regionda təsirli bir ölkədir və İslam Respublikasının iştirakı olmadan regiondakı problemlərin həlli mümkün deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Fransa prezidenti Emmanuel Makronun Əmmanda çağırılan ikinci Bağdad konfransı zamanı İranın bölgədəki rolu ilə bağlı açıqlamalarına cavab olaraq deyib.

Yüksək rütbəli iranlı diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin nizamlanması regionda sabitliyin və sülhün möhkəmlənməsinə töhfə verməyəcək. Kənani qeyd edib ki, bu, ərəb və islam dünyası ilə ümumilikdə İsrail arasında münasibətlərdə müşahidə olunan normallaşma meyllərinə işarə edir.

Kənani bunun əksinə olaraq Fələstin xalqının İslam və Ərəb dünyasının öz hüquqlarını qorumaq üçün aktiv addımlar atmasını gözlədiyini vurğulayıb. İran Xarici İşlər Nazirliyinin sözçünün sözlərinə görə, Qərb İran daxilində baş verən proseslərə müdaxilə edərkən, hesablamalarında səhvə yol verib.

Kənani Tehranın Rusiya-Ukrayna müharibəsində iştirak etmədiyini bəyan edib. “Biz Ukrayna hakimiyyətinin irəli sürdüyü ittihamları rədd edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button