Cəmiyyət
Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi
Professor Adil Qeybulla hazırda həbsdə olan və 13 gündür aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevlə görüşüb. Bu barədə JAMAZ.İNFO-ya professor özü məlumat verib.
Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib: “Bununla bağlı geniş yazı yazacam”.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.