Dünya

Belarus NATO ilə dialoqa hazırdır

“NATO birtərəfli qaydada əməkdaşlığı dayandırıb. Lakin Belarus Respublikası hər zaman dialoqa, danışıqlara açıqdır”.

Bu sözləri Belarus Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin rəis müavini Dmitri Ryabixin “S TV” kanalında deyib

Ryabixin vurğulayıb ki, “beynəlxalq hərbi əməkdaşlıq, deyək ki, cari ilin “24 fevralına qədər” və “sonra”, kəmiyyət və keyfiyyət göstəriciləri baxımından dəyişməyib. Sadəcə əməkdaşlığın müəyyən vektorları dəyişib”.

O deyib ki, Belarus Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə əlaqəni gücləndirir. “Nəzərə alsaq ki, təşkilata üzv olmaq üçün ərizə verilib. Onun hərbi komponenti var. Bu ölkələrlə əməkdaşlığın həyata keçirilməsi çərçivəsində biz yeni səmərəli əməkdaşlıq tədbirləri tapırıq”, – deyə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Belarus müdafiə departamenti “həmişə dialoq üçün açıqdır”.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko hərbi və təhlükəsizlik qüvvələri ilə görüşü zamanı NATO ölkələri və bir sıra Avropa dövlətlərinin respublikaya qarşı mümkün təcavüz variantlarını nəzərdən keçirdiyini bildirib. Lukaşenka Rusiya ilə birgə regional qoşun qruplaşmasının yaradıldığını da açıqlayıb.

Qeyd edək ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç daha əvvəl bəyan edib ki, respublika, dövlət sərhədi pozulmayana qədər döyüşməyi planlaşdırmır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button