Cəmiyyət

Uşaqlarda qripin 2 təhlükəli xüsusiyyəti aşkarlandı

Bu epidemioloji mövsümdə uşaqlarda qrip simptomları sürətli inkişaf və ağır intoksikasiya ilə xarakterizə olunur.

Jamaz.info xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində pediatr Nataliya Rayt deyib.

“A qripi daha yoluxucudur. Onun yoluxuculuq indeksi 22% təşkil edir. Risk qrupunda bir yaşa qədər kiçik uşaqlar var, çünki onlar bu virusa heç vaxt rast gəlməyib. Həmçinin xroniki xəstəlikləri olan yaşlı insanlar da risk qrupuna daxildir”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, bu gün qrip kovidlə müqayisədə belə ildırım sürəti ilə yayılan xəstəlikdir, həm də xəstənin vəziyyəti sürətlə pisləşməyə başlayır. Odur ki, uşaq birdən özünü pis hiss edə və bir neçə saatdan sonra tamamilə halsız ola bilər.

Pediatr qeyd edib ki, ikinci əlamət intoksikasiyadır. Qripə yoluxan uşaqlar baş ağrısından, əzələ narahatlığından şikayətlənir, içməkdən və yeməkdən imtina edirlər, həmçinin uyuşma və ya həddən artıq oyanıqlıq göstərirlər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button