Dünya
Rusiya bu ölkə ilə quru sərhədlərini açır
Rusiya və Çin arasında yerüstü sərnişin xidməti 2023-cü ilin əvvəlində açıla bilər.
Bu barədə “TASS informasiya agentliyi Rusiya Federasiyasının Harbindəki Baş Konsulluğuna istinadla xəbər verir.
Agentliyin məlumatına görə, gələn ilin əvvəlindən sərhəd-keçid məntəqələrindən biri sınaq rejimində açılacaq.
“Gələn ilin əvvəlində xaricdən gələnlər üçün karantin ləğv ediləcək, rusiyalı sürücülərin Çində qalma qaydaları tədricən dəyişəcək, bəlkə də, ilk olaraq sınaq rejimində Rusiya-Çin sərhədlərindən biri vasitəsilə sərnişin axını açılacaq”,- Baş Konsulluqdan bildiriblər.