Ölkə içi

Xankəndi təxliyə edilir: Bakıya qarşı təxribat

Xankəndində erməni əhalisinin təxliyəsinə hazırlıq aparıldığına dair məlumatlar yayılıb.

Jamaz.info xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində məlumatların yayılmasından sonra Qarabağdakı erməni əhalisi arasında təşviş yaranıb.

Separatçı-terrorçu rejim isə erməniləri bu xəbərlərə inanmamağa çağırıb, məlumatlara görə Azərbaycan xüsusi təyinatlı qüvvələrini ittiham ediblər.

Lakin mənşəyi bilinməyən bu məlumatlar sual yaradır: Qarabağdakı erməni əhalisinin bütün problemlərini həll etməyə hazır olduğunu bəyan edən, onlarla birbaşa təmaslar quran Azərbaycan niyə belə məlumatlar yaysın?

İstisna deyil ki, təxliyə xəbərlərinin arxasında separatçı-terrorçu rejim dayanır. Onlar belə məlumatlarla erməni əhalisi arasında təşviş yaradır, daha sonra Azərbaycanı ittiham etməklə “düşmənçiliyi körükləyir” və “hər şeyə nəzarət edirik” bəyanatı ilə artıq ermənilər arasında da zəifləyən legitimliklərini gücləndirməyə çalışırlar.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button