Siyasət

Peterburqda üçtərəfli yox, ikitərəfli görüşlər olacaq

MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşü nəzərdə tutulmayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq”, – o vurğulayıb.

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button