Dünya

Yalnız ABŞ istəyəndə Ukraynada sülh olacaq

“Amerika tərəfi maliyyə və hərbi yardım göstərdiyi müddətdə ukraynalılar döyüş əməliyyatlarında fəal iştirak edə biləcəklər. Əminliklə deyirəm ki, Ukraynada sülhün təmin edilməsi ABŞ-dan asılıdır”.

Jamaz.info xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban bir qrup jurnalistlə müsahibəsində deyib.

Baş naziri bildirib ki, Ukraynada münaqişə uzanır. Onun sözlərinə görə, bundan sonrakı vəziyyət Kiyevin pul və silahla dəstəklənməsi ilə bağlı Vaşinqtonun mövqeyindən asılıdır.

“Əgər amerikalılar Ukraynada sülh istəyirlərsə, o zaman sülh olacaq”, – Orban deyib.

O, Macarıstanın Ukrayna münaqişəsinə yanaşmasında əsas maraqlarının məhz Ukraynanın təhlükəsizliyi olduğunu vurğulayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button