ManşetSiyasət

“Azərbaycanlıları güllələyəcəm” deyən erməni və başının dəstəsi Xankəndi yolunda təxribata başlayıb

Xəbər verildiyi kimi, bu gün Xankəndidə məskunlaşmış bir qrup erməni ictimai fəal azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiya yerinə getməyə çalışıb. JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçıların “polis qüvvələri” təhlükəsizlik məsələlərini nəzərə alaraq, erməniləri irəliyə getməyə qoymayıblar.

Aksiya yerinə getməyə çalışan ermənilərə QHT sektorunun nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik etdiyi bildirilir.

Qeyd edək ki, Tiqran Petrosyan anti-Azərbaycan mövqeyi ilə tanınan biridir və burada təəccüblü heç nə yoxdur. Çünki o və rəhbərlik etdiyi QHT separatçıların əsas ruporlarından biridir. Lakin maraqlı məqam odur ki, həmin Tiqran bir neçə gün əvvəl Ermənistan mətbuatına açıqlama verərək, Azərbaycanlıları Qarabağa buraxmayacaqlarını demişdi. Və bunun üçün silahdan belə istifadə etməkdən çəkinməyəcəyini bəyan etmişdi.

O, “Hraparak” qəzetinə açıqlamasında bildirmişdi ki, Azərbaycan nümayəndə heyətinin Xocalıdakı qızıl yataqlarında monitorinq keçirməsinə qarşıdır. “Artıq silahlanmaq lazımdır. Cəhənnəm olsun, hökumətin qanunları. Bundan sonra mən silah gəzdirəcək. Qarşıma çıxan azərbaycanlıları da sorğusuz-sualsız güllələyəcəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button