Dünya

Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılması rəsmiləşdi

Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılması parlament tərəfindən təsdiq olunub.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu gün Ermənistan parlamenti bununla bağlı qanun layihəsini qəbul edib.

Məlumata görə, 67 deputat qanun layihəsinin lehinə, 33 nəfər əleyhinə səs verib.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibindən xarici kəşfiyyata aid orqanlar çıxarılacaq və onların bazasında yeni qurum yaradılacaq.

Qeyd edilib ki, yaradılacaq qurum birbaşa baş nazirə tabe olması nəzərdə tutulub. Hibrid sistemə malik olması nəzərdə tutulan xidmətin həm hərbi, həm də mülki funksiyaları yerinə yetirilməsi planlaşdırılır.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button